Şlaqbaum , Turniket və Bollardlar

Şlaqbaum (Barier Sistemləri)
Şlaqbaum – nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək üçün istifadə olunan avtomatik və ya yarı-avtomatik bariyer sistemidir.
İstifadə sahələri: avtodayanacaqlar, müəssisə girişləri, qapalı yaşayış kompleksləri, ticarət mərkəzləri.
Əsas xüsusiyyətlər:
Uzaqdan idarəetmə (pult, kart, ANPR kamera)
Avtomatik bağlanma və təhlükəsizlik sensorları
Qısa və ya uzun qol variantları
Turniketlər
Turniket – insanların keçidinə nəzarət etmək üçün istifadə olunan mexaniki və ya elektron sistemdir.
İstifadə sahələri: ofis binaları, metro, stadionlar, təhsil müəssisələri, hava limanları.
Turniket növləri:
Tripod turniket (3 qollu mexanizm)
Tam bədən turniket (yüksək təhlükəsizlik üçün)
Qapılı turniket (şüşə və ya metal qanadlı)
İdarəetmə üsulları: kart oxuyucu, barmaq izi, üz tanıma, QR kod
Bollardlar
Bollard – nəqliyyat vasitələrinin girişini fiziki olaraq məhdudlaşdıran dirək formasında qurğudur.
İstifadə sahələri: piyada zonaları, dövlət qurumları, konsulluqlar, yüksək təhlükəsizlik tələb olunan ərazilər.
Bollard növləri:
Avtomatik bollard (hidravlik və ya elektriklə idarə olunur)
Mexaniki bollard (əllə qaldırılıb endirilir)
Sabit bollard (daimi olaraq quraşdırılır)
Əlavə funksiyalar: işıq indikatorları, toqquşma dayanıqlılığı, uzaqdan idarəetmə.