Yanğın Siqnalizasiya Xidmətləri

Yanğın siqnalizasiya sistemlərinə nələr aiddir ?
Yanğın siqnalizasiya sistemləri insanların və əmlakın yanğın təhlükəsindən qorunması üçün istifadə olunan mühüm təhlükəsizlik sistemləridir. Bu sistemlər yanğın baş verməzdən əvvəl və ya baş verən anda erkən xəbərdarlıq etməyə imkan verir, bu da insanların vaxtında təxliyə olunmasına və yanğının böyüməsinin qarşısının alınmasına kömək edir.
Əsas Xidmətlərə Aşağıdakılar Daxildir:
Avadanlıqların Təminatı
Yanğın detektorları (istilik, tüstü, alov)
Siqnalizasiya panelləri
Səsli və işıqlı xəbərdarlıq cihazları
Manual siqnal düymələri
Akumulator və enerji ehtiyat sistemləri