“Afgan Holding” MMC

“Afgan Holding” MMC-də Nəzarət Kamera Sistemlərinin Quraşdırılması
Azin Technology MMC şirkəti tərəfindən “Afgan Holding” MMC-də müasir standartlara cavab verən nəzarət kamera sistemlərinin layihələndirilməsi və quraşdırılması uğurla həyata keçirilmişdir.
Layihənin məqsədi obyektin ətraf və daxili təhlükəsizliyini gücləndirmək, hadisələrin izlənməsi və arxivləşdirilməsini təmin etmək olmuşdur.
Quraşdırılmış sistemə aşağıdakılar daxildir:
🔹Gecəgörmə (infrared) funksiyalı kameralar 🔹Hərəkətə həssas izləmə texnologiyası
🔹HD və IP əsaslı videomüşahidə kameraları 🔹Daxili və xarici müşahidə nöqtələrinin əhatə olunması
🔹Bulud əsaslı və lokal video qeydiyyat sistemləri 🔹Mobil tətbiq üzərindən mərkəzi idarəetmə
Quraşdırılan sistem Afgan Holding-in təhlükəsizlik infrastrukturunu gücləndirərək, fasiləsiz nəzarət və sürətli reaksiya imkanları yaratmışdır.