Premium Transport MMC

Azin Technology MMC tərəfindən “Premium Transport” MMC-də Texnoloji İnfrastrukturun Qurulması

     Azin Technology MMC, informasiya texnologiyaları və təhlükəsizlik sistemləri üzrə ixtisaslaşmış mühüm yerli şirkətlərdən biri kimi, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrə kompleks texnoloji həllər təqdim edir. Bu çərçivədə şirkət tərəfindən “Premium Transport” MMC-də çoxşaxəli və funksional texnoloji infrastrukturun qurulması layihəsi uğurla həyata keçirilmişdir.

Layihə çərçivəsində aşağıdakı sistemlər quraşdırılmış və işə salınmışdır:

🔹 Elektrik işləri – Obyektin texniki tələblərinə uyğun olaraq, sabit və təhlükəsiz enerji təminatı məqsədilə elektrik şəbəkəsi yenilənmiş və tam funksional vəziyyətə gətirilmişdir.

🔹Access Control və Turniket Sistemləri – İşçi və ziyarətçi giriş-çıxışlarının sistemli şəkildə nəzarətdə saxlanılması üçün keçidə nəzarət sistemi və turniketlər quraşdırılmışdır. Giriş icazələrinin idarə olunması biometrik və kart sistemləri üzərindən təmin edilmişdir.

🔹 Avtomatik Barrier Sistemi – Avtopark və giriş yollarına nəzarət məqsədilə avtomatik baryer sistemləri quraşdırılaraq nəqliyyatın idarə olunması və təhlükəsizliyi təmin edilmişdir.

🔹 Nəzarət Kamera Sistemləri – HD görüntü keyfiyyətinə malik müşahidə kameraları ilə obyektin bütün ərazisi nəzarət altına alınmış, görüntülər mərkəzi sistemə ötürülərək arxivləşdirilmə imkanı yaradılmışdır.

🔹 İnternet Şəbəkə Sistemi – İş proseslərinin fasiləsiz və sürətli şəkildə həyata keçirilməsi üçün sabit və etibarlı LAN/Wi-Fi şəbəkə infrastrukturunun qurulması təmin edilmişdir.

🔹 Mini ATS Sistemi – Daxili və xarici telefon rabitəsini təşkil edən Avtomat Telefon Stansiyası (mini ATS) sistemi quraşdırılmış, bu da daxili kommunikasiya imkanlarını artırmışdır.

Bu layihə nəticəsində Premium Transport MMC-nin idarəetmə, təhlükəsizlik və kommunikasiya imkanları əhəmiyyətli dərəcədə gücləndirilmiş, müəssisənin fəaliyyətində səmərəlilik və müasir texnoloji standartlara uyğunluq təmin edilmişdir.