Naxçıvan Beynalxalq Hava Limanı

Naxçıvan Beynəlxalq Hava Limanı və KARGO Bölməsi üzrə Kamera Müşahidə Sistemlərinin Quraşdırılması

Naxçıvan Beynəlxalq Hava Limanında, o cümlədən onun KARGO bölməsində, təhlükəsizlik və nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə müasir və yüksək texnoloji imkanlara malik videomüşahidə sistemlərinin quraşdırılması işləri həyata keçirilmişdir.

Layihə çərçivəsində quraşdırılan sistemlər hava limanının əməliyyat zonalarının, inzibati sahələrin, sərnişin axınının və yük terminalının (KARGO) daim nəzarətdə saxlanılmasını, eləcə də fövqəladə hallarda operativ müdaxilə imkanlarının yaradılmasını təmin edir.

Görülmüş əsas işlər:

1. Kamera seçimi və yerləşdirilməsi

Hava limanı və KARGO bölməsi üzrə müxtəlif nöqtələrdə IP əsaslı, yüksək çözünürlüklü (HD/Full HD) təhlükəsizlik kameraları quraşdırılmışdır;

Daxili və xarici müşahidə üçün uyğun, hava şəraitinə davamlı (outdoor) və infraqırmızı gecəgörmə funksiyalı kameralar istifadə olunmuşdur;

Kameralar strateji mövqelərdə yerləşdirilərək giriş-çıxış, əsas dəhlizlər, terminal zonası, yük qəbul və təhvil məntəqələrini əhatə etmişdir.

2. Video qeydetmə və arxivləmə sistemi

Bütün müşahidə kameraları NVR (Network Video Recorder) sistemlərinə qoşularaq görüntülərin rəqəmsal formada qeydiyyatı və saxlanması təmin edilmişdir;

Yüksək tutumlu yaddaş sistemləri vasitəsilə uzunmüddətli arxivləmə imkanı yaradılmışdır;

Video qeydlərin axtarış və baxış interfeysi ilə real vaxt və arxiv görüntülərə sürətli çıxış imkanı təmin edilmişdir.

3. Mərkəzi müşahidə otağı və idarəetmə

Hava limanında və KARGO sahəsində mərkəzi nəzarət otağı təşkil olunmuş, burada monitorlar, idarəetmə panelləri və nəzarət proqram təminatı qurulmuşdur;

Sistemin idarə olunması və monitorinqi üçün operatorların rahat şəkildə işləyə biləcəyi istifadəçi dostu proqram təminatı təmin edilmişdir;

Giriş səlahiyyətləri üzrə fərqli istifadəçi səviyyələri müəyyən edilmiş və informasiya təhlükəsizliyi təmin olunmuşdur.

4. Uzaqdan baxış və nəzarət imkanı

Sistemə lokal şəbəkə (LAN) və internet üzərindən uzaqdan baxış funksiyası əlavə olunmuşdur;

İcazəli şəxslər tərəfindən mobil cihaz və kompüter vasitəsilə real vaxtda müşahidə və idarəetmə imkanı yaradılmışdır.

5. Texniki təhlükəsizlik və ehtiyat sistemlər

Kameraların fasiləsiz fəaliyyətini təmin etmək üçün UPS (dayanıqlı enerji mənbəyi) və ehtiyat enerji sistemləri inteqrasiya edilmişdir;

Sistemə texniki xidmət və monitorinq üçün xüsusi texniki heyət təlimləndirilmiş və istismar təlimatları təqdim edilmişdir.

Əlaqəli etiketlər


Kateqoriyalar