Kontakt Home

"Kontakt Home" Baş ofisində Təhlükəsizlik Sistemlərinin Quraşdırılması
Azin Technology MMC olaraq, ölkənin aparıcı elektronika və məişət texnikası mağazalar şəbəkəsi olan "Kontakt Home"un Baş ofisində müasir təhlükəsizlik sistemlərinin qurulmasını uğurla tamamlamışıq.
Bu layihə çərçivəsində aşağıdakı işlər görülmüşdür:
🔹Access Control Sistemi – Şirkətin əməkdaş və qonaqlarının giriş-çıxışlarına nəzarət üçün kartla və biometrik identifikasiya əsaslı sistem qurulmuşdur. Bu sistem sayəsində təhlükəsizlik səviyyəsi artırılmış və ofis daxilində hərəkətə tam nəzarət təmin olunmuşdur.
🔹Turniket Sistemləri – Giriş nöqtələrində quraşdırılmış turniketlər, nəzarətsiz keçidlərin qarşısını almağa və personalın hərəkətinə dair dəqiq hesabatların alınmasına imkan verir.
🔹Elektron Qapı Kilidləri – Ən son texnologiyaya əsaslanan elektron qapı kilidləri ilə ofis otaqlarının girişləri avtomatlaşdırılmış və icazəsiz keçidlər tamamilə məhdudlaşdırılmışdır.