Göygöl rayonu Süni Mayalanma Mərkəzi

Göygöl rayonu Süni Mayalanma Mərkəzi üzrə Texniki Sistemlərin Quraşdırılması
Göygöl rayonu Süni Mayalanma Mərkəzində müasir standartlara cavab verən texniki sistemlərin quraşdırılması işləri uğurla həyata keçirilmişdir. Quraşdırılan sistemlər Mərkəzin təhlükəsiz, davamlı və effektiv fəaliyyətini təmin etmək məqsədi daşıyır və müvafiq texniki normalara uyğun şəkildə icra olunmuşdur.
Görülmüş işlər aşağıdakılardır:
1.Videomüşahidə (CCTV) sistemi
Mərkəzin daxili və xarici təhlükəsizliyinin təmin edilməsi məqsədilə IP əsaslı, yüksək çözünürlüklü təhlükəsizlik kameraları yerləşdirilmişdir;
Gecə və gündüz müşahidə imkanı olan kameralar seçilmiş, hərəkətə həssas və görüntü qeydiyyat sistemləri (NVR) quraşdırılmışdır;
Müşahidə görüntülərinin arxivlənməsi üçün yaddaş sistemləri təmin edilmiş və mərkəzi müşahidə otağı ilə inteqrasiya edilmişdir;
Kameralara uzaqdan baxış imkanı yaradılmışdır.
2.Şəbəkə (internet) infrastrukturu
Mərkəzin texnoloji sistemlərinin işlək vəziyyətdə saxlanılması üçün strukturlaşdırılmış şəbəkə (LAN) qurulmuşdur;
Optik və mis kabel xətləri çəkilmiş, internetə çıxışı təmin edən router və switch avadanlıqları quraşdırılmışdır;
Wi-Fi örtüyü ilə inzibati və texniki otaqlarda simsiz internet bağlantısı təmin edilmişdir;
Server kabineti təşkil olunaraq şəbəkə avadanlıqları mühafizə altına alınmışdır.
3.Yanğın mühafizə və xəbərdarlıq sistemi
Mərkəzin müxtəlif zonalarında tüstü və istilik detektorları yerləşdirilmişdir;
Detektorlar mərkəzi panelə qoşulmuş, fövqəladə hallarda səsli və işıqlı siqnal sistemi ilə xəbərdarlıq təmin edilmişdir;
Elektrik avadanlıqlarına yaxın hissələrdə yüksək həssaslıqlı sensorlar quraşdırılmışdır;
Yanğın risklərinə qarşı vaxtında reaksiya verilməsi üçün bütün sistem test edilərək istismara verilmişdir.
4.Keçidə nəzarət sistemi (Access Control)
Mərkəzə giriş-çıxışların təhlükəsiz şəkildə idarə olunması üçün keçidə nəzarət sistemi tətbiq olunmuşdur
Elektron kart oxuyucular və kodlu panel qurğuları vasitəsilə səlahiyyətli şəxslərin keçidi təmin edilmişdir
Giriş-çıxış qeydləri sistemdə saxlanılır və idarəetmə proqramı vasitəsilə mərkəzi şəkildə nəzarət olunur.