AzerGold QSC

AZERGOLD” QSC – Access Control və Turniket Keçidə Nəzarət Sistemlərinin Quraşdırılması Layihəsi

 

“AZERGOLD” Qapalı Səhmdar Cəmiyyəti müəssisədaxili təhlükəsizliyin və keçidə nəzarətin müasir standartlara uyğun səviyyəyə çatdırılması məqsədilə Access Control (Girişə Nəzarət)Turniket Keçid Sistemlərinin quraşdırılması üzrə layihəyə start vermişdir.

Bu layihənin əsas məqsədi insan resurslarının, ziyarətçilərin və səlahiyyətli şəxslərin müəssisəyə giriş-çıxışına nəzarəti təmin etmək, təhlükəsizlik səviyyəsini artırmaq və keçid prosesini avtomatlaşdırmaqdır.

 

1. Access Control Sistemi

  • RFID kart, barmaq izi və üz tanıma modulları ilə təchiz edilmiş müasir oxuyucuların quraşdırılması;

  • Personalın və ziyarətçilərin məlumat bazasının yaradılması və idarə edilməsi;

  • Keçid hüquqlarının fərqli istifadəçi qrupları üzrə təyin olunması (departament, vəzifə, vaxt zonası əsasında);

  • Real vaxtda keçid məlumatlarının izlənməsi və hesabatların formalaşdırılması;

  • Server əsaslı mərkəzi idarəetmə sistemi – bir neçə keçid nöqtəsinin vahid sistemdən idarəsi;

  • Fövqəladə hallar üçün “emergency unlock” funksiyası – yanğın, təbii fəlakət və s. zamanı avtomatik açılma rejimi;

  • Əlavə təhlükəsizlik funksiyaları – girişin video görüntülərlə əlaqələndirilməsi, sistemə daxilolma cəhdlərinin qeydiyyatı və xəbərdarlıq mexanizmləri.

 

2. Turniket Keçid Sistemləri

  • Tripod, flap (qanadlı) və tam hündürlüklü turniketlərin quraşdırılması – müəssisənin spesifik keçid nöqtələrinə uyğun seçilmiş modellər;

  • Access Control sistemləri ilə inteqrasiya – keçid yalnız səlahiyyətli şəxs tanındıqdan sonra açılır;

  • İki istiqamətli keçid imkanı – giriş və çıxış üçün ayrıca nəzarət;

  • Avtomatik sayğac funksiyası – keçid edənlərin sayı sistemdə avtomatik qeyd olunur;

  • Estetik və davamlı materiallardan hazırlanmış korpuslar – paslanmaz polad, şüşə və alüminium seçimləri ilə;

  • İstehsalat sahələri üçün daha dayanıqlı və sənaye səviyyəli turniketlər.

 

Layihənin Gözlənilən Nəticələri və Üstünlükləri

  • Müəssisəyə giriş-çıxışların tam nəzarətdə saxlanılması;

  • Səlahiyyətsiz şəxslərin əraziyə daxil olmasının qarşısının alınması;

  • Keçid məlumatlarının elektron sistemdə qeyd olunması və arxivlənməsi;

  • Fiziki təhlükəsizliklə yanaşı informasiya təhlükəsizliyinin də gücləndirilməsi;

  • İnsan resursları və nəzarət heyəti üçün hesabatlılığın və şəffaflığın artırılması;

  • Əməliyyatların avtomatlaşdırılması nəticəsində vaxt və resurslara qənaət.