Azercell MMC

Azercell Express Gənclik Filialı və Arxiv İdarəsi
Access Control və Kamera Sistemlərinin Quraşdırılması
1. Girişə Nəzarət Sistemi (Access Control)
1.1. Layihələndirmə və Planlaşdırma
-
Obyektin təhlükəsizlik tələblərinə uyğun giriş-çıxış nöqtələrinin təyini (filialın əsas girişləri, personal keçid qapıları və arxiv otağı).
-
Fərqli giriş səviyyələrinin təyin olunması: personal, rəhbərlik, təhlükəsizlik işçiləri, texniki heyət və s.
-
Arxiv otağına girişin yalnız səlahiyyətli şəxslərlə məhdudlaşdırılması.
1.2. Quraşdırılmış Avadanlıqlar
-
RFID kart oxuyucular – bütün əsas girişlərə və arxiv otağına quraşdırılıb.
-
Elektromaqnit qapı kilidləri – yüksək tutumlu, enerji kəsilməsində avtomatik açılan tip.
-
Əl ilə açılan təcili çıxış düymələri (emergency break glass) – təhlükəsizlik standartlarına uyğun.
-
Access control idarəetmə panelləri – lokal və mərkəzi server ilə inteqrasiya olunur.
1.3. Proqram Təminatı və İnteqrasiya
-
İstifadəçi bazasının yaradılması – işçilərin adları, vəzifələri və giriş səlahiyyətləri ilə birlikdə.
-
Giriş-çıxış loglarının real vaxtda izlənməsi və arxivləşdirilməsi.
-
Davamiyyətə nəzarət modulu (optional) – işçi vaxtlarının hesabatı.
-
İnteqrasiya imkanı: mövcud təhlükəsizlik və ya HR sistemlərinə birləşdirilə bilər.
2. Kamera Müşahidə Sistemi (CCTV)
2.1. Kameraların Seçimi və Əhatə Planlaması
-
Obyektin daxili və xarici müşahidə nöqtələrinin təyin edilməsi:
- Filial daxilində kassaların, müştəri gözləmə zonalarının, server otağının və personal keçid yollarının çəkilişi.
- Arxiv otağının giriş-çıxış nöqtələrinin və daxili görünüşünün qeydiyyatı.
- Filialın əsas giriş və çıxış qapılarının, eləcə də kənar ərazilərinin müşahidəsi üçün kamera yerlərinin planlaşdırılması.
2.2. Quraşdırılmış Avadanlıqlar
-
Full HD IP kameralar – daxili müşahidə üçün.
-
IR funksiyalı (gecə-gündüz görüntü) kameralar – zəif işıqlandırılmış ərazilər üçün.
-
Dome kameralar – qapalı məkanlarda istifadə olunub.
-
Bullet kameralar – xarici ərazilərin çəkilişi üçün quraşdırılıb.
-
NVR (Network Video Recorder) cihazı – 7/24 qeydiyyat və arxivləşdirmə üçün.
2.3. Sistem Xüsusiyyətləri
-
Hərəkətə həssaslıq – hərəkət olduqda avtomatik qeydiyyat və bildiriş.
-
Canlı izləmə – LAN və uzaqdan mobil tətbiqlər vasitəsilə.
-
15-30 günlük qeydiyyat üçün yaddaş tutumu təmin olunub (müştərinin ehtiyacına uyğun).
-
Girişə nəzarət sistemi ilə əlaqələndirmə – keçid zamanı avtomatik video qeydi.
3. Kabel və Kommunikasiya İşləri
-
UTP Cat6 kabel – kamera və oxuyucular üçün siqnal ötürülməsi.
-
12V və 24V enerji xəttləri – stabil enerji təchizatı.
-
Kabel tray və boru sistemləri – estetik və təhlükəsiz montaj üçün istifadə olunub.
-
Avadanlıqların etiketlənməsi və sxematik sənədləşdirilməsi.
4. Sınaq və Təhvil
-
Bütün sistemlərin funksional testləri həyata keçirilib.
-
İstismar təlimləri aparılıb – istifadəçilərə sistemdən istifadə qaydaları izah olunub.
-
Texniki pasport və istismar təlimatı təqdim olunub.
-
1 il zəmanət və texniki servis dəstəyi.
Nəticə
Bu layihə çərçivəsində “Azercell Express Gənclik” filialı və arxiv idarəsi üçün yüksək səviyyəli təhlükəsizlik və nəzarət sistemləri qurulmuşdur. Sistemlər müasir texnologiya ilə təchiz edilmiş, obyektin təhlükəsizlik standartlarına cavab verəcək şəkildə tam funksional istifadəyə hazır vəziyyətdə təhvil verilmişdir.