Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Əsas Bina və Təmir Zavodlarında Access Control və Turniket Sistemlərinin Quraşdırılması
Müəssisələrdə işçi və ziyarətçi axınının effektiv şəkildə idarə olunması , təhlükəsizlik səviyyəsinin artırılması və daxili qaydaların icrasına nəzarət məqsədilə giriş-çıxış nəzarət sistemlərinin tətbiqi böyük əhəmiyyət daşıyır.
Access Control Sistemləri
🔹İşçilərin və qonaqların binaya giriş-çıxışlarının şəxsiyyət identifikasiyası ilə (ID kart, barmaq izi, üz tanıma) idarə olunması
🔹Giriş icazələrinin zaman çərçivələrinə əsasən verilməsi (məsələn, iş saatlarında, yalnız müəyyən sahələrə giriş və s.)
🔹Hadisələrin qeydə alınması və giriş tarixçəsinin mərkəzi server üzərindən izlənməsi
Turniket Sistemləri
🔹Access control sistemləri ilə inteqrasiya olunaraq yalnız səlahiyyətli şəxslərin keçidinə icazə verilməsi
🔹Təcili hallar üçün turniketlərin avtomatik açılmasını təmin edən fövqəladə rejim funksiyası
🔹 İşçi davamiyyətinin və girş çıxış sayının statistik təhlili üçün hesabat sistemləri
Peşəkarlıq və Təhlükəsizlik Standartları
Quraşdırılan sistemlər beynəlxalq təhlükəsizlik tələblərinə uyğun olaraq seçilir və tətbiq edilir. Avadanlıqlar keyfiyyətli, uzunömürlü və texniki dəstəklə təmin olunur. Layihə çərçivəsində bütün kabelçəkmə, proqram təminatı, test və istismara verilmə mərhələləri peşəkar mühəndis heyət tərəfindən yerinə yetirilir.