Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Elektrik, Təhlükəsizlik və İnfrastruktur Sistemlərinin Quraşdırılması Xidməti

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə müəssisələrin və obyektlərin təhlükəsizliyi, rahat rabitə və dayanıqlı infrastrukturla təmin olunması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə aşağıdakı xidmətlərin peşəkar şəkildə həyata keçirilməsini təmin edirik:

Elektrik İşləri

🔹Elektrik xətlərinin layihələndirilməsi və çəkilməsi
🔹Aydınlatma, avtomat qoruyucular və enerji təchizatı sistemlərinin montajı
🔹Yüklənməyə qarşı müdafiə və enerjiyə qənaət həlləri
🔹Elektrik panellərinin və avadanlıqların quraşdırılması və test olunması

Kamera Müşahidə Sistemlərinin Quraşdırılması

🔹Obyektin təhlükəsizlik ehtiyaclarına uyğun HD və IP kameraların seçimi və yerləşdirilməsi
🔹DVR/NVR sistemlərinin tətbiqi, yaddaş və uzaqdan nəzarət imkanı
🔹Gündüz/gecə rejimli və hərəkətə həssas kamera sistemləri

Şəbəkə (İnternet) Sistemlərinin Quraşdırılması

🔹Strukturlaşdırılmış kabel sistemləri (Cat5e, Cat6, Fiber Optik)
🔹Wi-Fi və LAN şəbəkələrinin qurulması, router və access point-lərin konfiqurasiyası
🔹Server otaqlarının təşkili və şəbəkə təhlükəsizliyinin təmin edilməsi

Telefon (ATS) Sistemlərinin Quraşdırılması

🔹Analoq və IP əsaslı Mini ATS sistemlərinin quraşdırılması və sazlanması
🔹IVR menyu, zəng yönləndirmə, zəng qeydi və digər əlavə funksiyalar
🔹Ofisdaxili və uzaqdan rabitə imkanlarının qurulması

Yanğından Mühafizə Sistemlərinin Quraşdırılması

🔹Duman və istilik detektorları, siqnalizasiya və xəbərdarlıq sistemlərinin qurulması
🔹Avtomatik yanğınsöndürmə sistemləri (sprinkler, qazla söndürmə və s.)
🔹Yanğın təhlükəsinə qarşı mərkəzi nəzarət və xəbərdarlıq sistemləri

Access Control və Turniket Nəzarət Sistemləri

🔹Şəxsi giriş-çıxışların idarə olunması üçün kart oxuyucu, barmaq izi və üz tanıma sistemlərinin quraşdırılması
🔹Turniket sistemlərinin (tripod, full-height, flap barrier) montajı və inteqrasiyası
🔹Giriş icazələrinin idarə olunması və hadisə qeydiyyatı sistemi
🔹
Mövcud təhlükəsizlik sistemləri ilə tam inteqrasiya 

Bütün işlər təcrübəli texniki heyət tərəfindən, müasir texniki standartlara uyğun olaraq həyata keçirilir. Quraşdırdığımız bütün sistemlərə zəmanət və texniki dəstək təqdim olunur.

Əlaqəli etiketlər


Kateqoriyalar