Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma korpusda və kotteclərdə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, bu obyektlər də müasir səviyyədə yenidən qurulub.
İşğaldan azad olan torpaqlarımızda layihələr icra etdiyi üçün Azin Technology MMC-nin bütün kollektivi çox sevinclidir. Şuşa Xarıbülbül oteli ilə birgə Qarabağda digər bir çox layihələrdə Azin Technology iştirak edir.
Şuşa Xarıbülbül Otelinin zəif axın sistemi bütövlüklə Azin Technology MMC-yə həvalə olunmuşdur. Hər zaman olduğu kimi Azin Technology MMC-nin peşəkar heyəti layihəni vaxtından əvvəl tam şəkildə təhvil vermişdir.