Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdilər.
Kompleksin bütün zəif axın sistemi Azin Technology MMC tərəfindən quraşdırılmışdır.
Kompleksdə dünya brendləri arasında öz sözünü demiş CPPLUS brendinin müşahidə kameraları istifadə olunmuşdur. Telefon , internet paylama, yanğından mühafizə sistemi və.s işlər də ən qabaqcıl brendlərdən istifadə olunaraq icra olunmuşdur. Yüksək keyfiyyətli avadanlıqlarla və professional işçiliklə layihə nəzərdə tutulan vaxtdan tez bir zamanda icra olunub, təhvil verilmişdir.