Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (HUB) açılışında iştirak etdilər. Biz bir daha şahid olduq ki, bu açılış mərasimi də mahiyyət etibarilə ölkədə reallaşdırılan nəhəng layihələrin, vətəndaşların sosial rifahının, rahatlığının və təhlükəsizliyinin təmin edilməsinə yönələn mühüm tədbirlərin bir qisminə yekun vurulmasını özündə ehtiva edən tədbirdir.
Mərkəzin yenidən qurulmasında Azin Technology MMC Çinar-R şirkətinin podratçısı olaraq iştirak etmişdir. Layihədə Azin Technology-yə həvalə edilən işlər (müşahidə kameraları, ağıllı keçid sistemləri, monitorlar, server otağının qurulması, internet və.s) tam tərkibdə, nöqsansız olaraq icra olunmuşdur. Hər zaman olduğu kimi, dünya brendlərindən istifadə edərək layihəni icra edən Azin Technology Koroğlu HUB layihəsini layihənin bitmə vaxtına 12 gün qalmış tam təhvil vermişdir.