Bakı Olimpiya Stadionu — UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur.
650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart, 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Müşahidə kameraları, internetin paylanması və işıqlandırma sisteminin qurulmasında Azin Technology şirkətinin rolu böyükdür. Həmçinin beynəlxalq müsabiqələr zamanı, Azin Technology qeyd olunan sahələrdə xidmət göstərməyə davam etmişdir. Tədbirlər zamanı əməkdaşlarımızın peşəkar xidməti Bakı Olimpiya Stadionu ilə partnyorluğun davamiyyətində böyük rol oynayır.