Xocalı Soyqırımı Memorialı
Xocalı Memorial Kompleksi Layihəsi
Xocalı Memorial Kompleksində həyata keçirdiyimiz texnoloji və təhlükəsizlik həlləri ilə obyektin etibarlı və dayanıqlı infrastrukturunun qurulmasına töhfə verdik. Layihə çərçivəsində yanğın siqnalizasiya sistemləri, video-müşahidə kamera sistemləri, səs və elan sistemləri, IT və şəbəkə infrastrukturu, elektrik işləri, internet və data kommunikasiya xətləri, akses-kontrol sistemləri, monitorlar və LED-wall həlləri uğurla icra olunmuşdur.
Video-Müşahidə Kamera Sistemi
Layihə çərçivəsində ərazinin tam təhlükəsizliyinin təmin olunması məqsədilə CP Plus markalı peşəkar video-müşahidə kameraları quraşdırılmışdır. Kamera nöqtələri obyektin daxili və xarici ərazilərinin tam əhatə olunması nəzərə alınaraq planlaşdırılmışdır.
Sistemə yüksək keyfiyyətli IP kameralar, görüntü qeydiyyat qurğuları (NVR), yaddaş sistemləri və uzaqdan izləmə imkanları daxil edilmişdir. Quraşdırılmış kameralar 24/7 fasiləsiz görüntü nəzarəti, gecə görüntüləmə, hərəkət aşkarlama və arxiv görüntülərin saxlanılması funksiyalarını təmin edir. Bütün kamera sistemi mərkəzləşdirilmiş idarəetmə platformasına inteqrasiya olunmuşdur.
Yanğın Siqnalizasiya Sistemi
Memorial kompleksdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir yanğın aşkarlama və xəbərdarlıq sistemi quraşdırılmışdır. Sistem çərçivəsində tüstü detektorları, istilik sensorları, manual xəbərdarlıq düymələri və səsli xəbərdarlıq qurğuları montaj edilmişdir. Bütün avadanlıqlar obyektin təhlükəsizlik standartlarına uyğun olaraq quraşdırılmış və sınaqdan keçirilmişdir.
Şəbəkə və IT İnfrastrukturu
Layihə daxilində obyektin rəqəmsal idarəetmə sistemlərinin stabil işləməsi üçün strukturlaşdırılmış kabel sistemi, data kabinetləri, switch və internet bağlantı infrastrukturu qurulmuşdur. Bütün sistemlər yüksək sürətli məlumat ötürülməsi və fasiləsiz əlaqənin təmin olunması məqsədilə peşəkar şəkildə inteqrasiya edilmişdir.
Access Control Sistemi
Xocalı Memorial Kompleksində təhlükəsizlik və giriş-çıxış proseslərinin idarə olunması məqsədilə müasir access control sistemi quraşdırılmışdır. Layihə çərçivəsində giriş nöqtələrində kart oxuyucular, idarəetmə modulları və girişə nəzarət avadanlıqları inteqrasiya edilmişdir. Qurulan sistem vasitəsilə müəyyən zonalara yalnız səlahiyyətli şəxslərin girişinə icazə verilir, bütün giriş-çıxış məlumatları isə mərkəzləşdirilmiş sistem üzərindən izlənilir və qeydiyyata alınır. Bu həll obyekt daxilində təhlükəsizlik standartlarının yüksək səviyyədə təmin olunmasına imkan yaradır.
Monitor Sistemi
Memorial kompleksin müxtəlif hissələrində quraşdırılmış monitor sistemləri vasitəsilə Xocalı faciəsinə aid tarixi görüntülər, sənədli video materiallar və memorial haqqında məlumatlandırıcı vizual kontent nümayiş etdirilir. Yüksək görüntü keyfiyyətinə malik monitorlar ziyarətçilərə tarixi hadisələri daha yaxından izləmək və məlumatları vizual şəkildə qəbul etmək imkanı yaradır. Sistem fasiləsiz və stabil işləmə prinsipi əsasında qurulmuşdur.
LED Wall Sistemi
Layihə çərçivəsində memorial kompleksdə yüksək keyfiyyətli LED wall ekran sistemləri quraşdırılmışdır. Bu ekranlarda Xocalıya həsr olunmuş xüsusi videoçarxlar, tarixi kadrlar və memorial məzmunlu vizual materiallar nümayiş etdirilir. Kompleksin rəsmi açılış mərasimində, İlham Əliyev tərəfindən ziyarət zamanı da bu vizual sistemlər aktiv şəkildə istifadə olunmuşdur. Qurulan LED wall həlli yüksək görüntü dəqiqliyi, davamlı işləmə performansı və güclü vizual təqdimat imkanları ilə layihənin mühüm texnoloji hissələrindən birini təşkil edir.
Məqsədimiz təhlükəsizlik, fasiləsiz idarəetmə və müasir texnoloji standartları bir araya gətirərək etibarlı sistem yaratmaq idi.
Bu mühüm layihədə bizə göstərilən etimada görə təşəkkür edir, gələcək layihələrdə də ən yüksək keyfətlə xidmət göstərməyə davam edəcəyik.