Haqqımızda

Hər şey rahatlığınız üçün !

Biz kimik ?

Təhlükəsizlik sistemləri sektorunda orta və irimiqyaslı layihələrin inkişafına töhfə vermək, ölkəmizə yeni təhlükəsizlik sistemləri texnologiyalarını gətirmək və texnologiyadakı son yenilikləri izləmək üçün 2001-cü ildə Bakıda qurulan Azin Technology, yarandığı gündən bəri yaradıcılıq, dürüstlük və bazar inkişafı xüsusiyyətləri ilə daimi bir inkişaf göstərərək təhlükəsizlik sistemləri dünyasında hörmətli bir yer qazandı.

Sektordakı inkişafları və bazarda yeni tələbləri yaxından izləyən şirkət rəhbərliyi, güclü inzibati və maliyyə təcrübəsi ilə sektorun lider şirkətlərindən biri olmağa davam edir. Özəl sektor və dövlət işlərində irihəcmli layihələrini həyata keçirməyə davam edən şirkətimiz, qurulduğu gündən bəri Azərbaycanın hər bölgəsində bir çox qabaqcıl və nümunəvi, keyfiyyətli və yenilikçi layihələrin reallaşdırılmasına nail oldu. Yaxın zamanlarda beynəlxalq arenada da müxtəlif layihələr icra edəcək olması, Azin Technology-nin qazandığı etibarın təcəssümüdür.

Kollektivin təcrübəsi və peşəkarlığı, idarəetmə heyətinin strategiyası və təşkilati müvəffəqiyyəti, öhdəliklərini vaxtında və gözlənilənildiyi kimi yüksək səviyyədə yerinə yetirməsi bu sahədə ciddi bir nüfuz qazanaraq, Azin Technology-nin mövcud mövqeyinə çatmasına səbəb oldu .

Azin ailəsi, bütün müqavilə və investisiya layihələrində müasir idarəetmə üsullarını tətbiq edir, bazarda özünü sübut etmiş material və işçilik seçir və əsas siyasət olaraq layihələrini vaxtında tamamlayır.

Heyət

26

Sertifikatlar

28

Partnyorlar

118

Layihələr

638